Görkəmlı muğam ifaçıları Mənsum İbrahimov və Təyyar Bayramov Rafiq Hüseynovu ziyarət etdilər

Xalq artistimiz Rafiq Hüseynovun sənətçi dostları ona mənəvi dəstək olmaq üçün onun çətin müalicə döründə ziyarətinə gəldilər. Görkəmli muğam ifaçıları, Azərbaycanın xalq artisti professor Mənsum İbrahimov və Azərbaycanın əməkdar artisti Təyyar Bayramov ziyarətdə Rafiq Hüseynova möhkəm olmasını, tez sağalıb aralarına qayıtmasını arzuladılar. Həmçinin bildirdilər ki, çox sənət yoldaşları Rafiq Hüseynovun daim müalicəsi ilə maraqlanır və onun tez bir zamanda sağalıb aralarına qayıtmasını səbirsizliklə gözləyirlər.

Diqər xəbərlər